xəstəliyin tarixi

a case history история болезни
xəstə yeri
xəşilini çalmaq
OBASTAN VİKİ
Tarixi
Tarix (q.yun. ἱστορία, historia — "sorğu; araşdırma nəticəsində əldə edilən biliklər") — keçmişdə insanı (onun fəaliyyətini, dünyagörüşünü, ictimai münasibətləri və s.) sistemli şəkildə öyrənən elm; keçmişin tədqiqi və sənədləşdirilməsi. Mənbələr üzrə insan meydana gəlməsi və inkişafını, müxtəlif xalqların ən qədim zamanlardan bizim dövrümüzədək necə yaşamaları, onların həyatlarında hansı hadisələrin baş verməsi, insan cəmiyyətlərinin həyatı necə və niyə dəyişib indi mövcud olduğu hala düşməsini öyrənən elmdir. Tarix – hadisələr ardıcıllığını, tarixi prosesi, təsvir olunan faktların obyektivliyini müəyyən etmək və hadisələrin səbəbləri haqqında nəticə çıxarmaq üçün keçmişlə bağlı bütün növ mənbələri öyrənən elmdir. Tarixi bilməyən insanlar keçmişin səhvlərini təkrarlamağa meyllidirlər. Keçmişin səhvlərini təkrarlamamaq üçün keçmişi bilmək lazımdır. Tarix fənnini yaxşı bilmək hər birimizin borcudur. Burada isə tarixi gerçəkliyi dərk etməyə çalışan alimlər – tarixçilər ön plana çıxır. Tarixçinin vəzifəsi hər bir alim kimi həqiqəti axtarmaqdır. Həqiqəti dərk etmək prosesi qeyri-adi dərəcədə mürəkkəb və çətindir, bu yolda alim bəzən uğursuzluqlarla qarşılaşa bilər.
Gürcüstan tarixi
Gürcüstan tarixi — təxminən E.ə. II minillikdən etibarən başlandığı təxmin edilir. == Qədim tarix == == Orta əsrlər == XI əsrdə bütün Qafqazda olduğu kimi Gürcüstanda da feodal münasibətləri inkişaf etməyə başlamışdı. Burada iqtisadiyyat dirçəlir, kənd təsərrüfatında taxıl bitkiləri ilə yanaşı, düyü kimi intensiv bitkilər geniş yayılır, üzümçülük və şərabçılıq inkişaf edirdi. Gürcüstanda heyvandarlıq, xüsusilə atçılıq və arıçılıq inkişaf etmişdi. Bütün torpaqlar feodalların əlində idi. Yalnız ucqar dağ rayonlarında hələ də icma münasibətləri saxlanılırdı. Gürcüstanda feodallar sinfi içərisindən əyanların yeni güclü bir təbəqəsi olan didebulilər meydana çıxdı ki, onlara varlı ruhani feodallar da qoşulurdular. Gürcü kilsəsinin başında katolikos dururdu. Gürcüstanda iri feodal torpaq sahibliyinin inkişaf etməsi və siyasi dağınıqlığın güclənməsi ilə əlaqədar bu şəhərlər həm də siyasi mərkəzlərə çevrilirdilər.
Hesablamanın tarixi
Hesabın tarixi — hesabın görünüşündən tutmuş aksiomlar sistemindən istifadə etməklə ədədlərin rəsmi müəyyənləşdirilməsinə və hesab əməliyyatlarına qədər dövrü əhatə edir. Hesab - ədədlər, onların xüsusiyyətləri və əlaqələri haqqında elm - əsas riyazi elmlərdən biridir. Cəbr və ədədlər nəzəriyyəsi ilə sıx əlaqəlidir. Hesabın meydana gəlməsi səbəbi saymağa, sadə ölçmələrə və hesablamalara praktik ehtiyac idi. Hesablama bilikləri haqqında ilk etibarlı məlumatlar eramızdan əvvəl III - II minilliklərə aid Babil və Qədim Misirin tarixi abidələrində tapılmışdır. Hesabın inkişafına dünyanın bütün qanunlarını müəyyənləşdirmək üçün nömrələrdən istifadə etməyə çalışan yunan riyaziyyatçıları, xüsusən də Pifaqorçular məktəbi böyük töhfə vermişdilər. Orta əsrlərdə arifmetikanın əsas tətbiq sahələri ticarət və təxmini hesablamalar idi. Hesab ilk növbədə Hindistan və İslam ölkələrində inkişaf etdi və yalnız bundan sonra Qərbi Avropaya gəldi. XVII əsrdə dəniz astronomiyası, mexanika, daha mürəkkəb kommersiya hesablamaları, hesablama texnikasına yeni hesab sorğuları qoydu və sonrakı inkişafa təkan verdi. Ədəd anlayışının nəzəri əsasları, ilk növbədə,1889-cu ildə hazırlanmış natural ədədin və Peano aksiomlarının tərifi ilə əlaqələndirilir.
Hesabın tarixi
Hesabın tarixi — hesabın görünüşündən tutmuş aksiomlar sistemindən istifadə etməklə ədədlərin rəsmi müəyyənləşdirilməsinə və hesab əməliyyatlarına qədər dövrü əhatə edir. Hesab - ədədlər, onların xüsusiyyətləri və əlaqələri haqqında elm - əsas riyazi elmlərdən biridir. Cəbr və ədədlər nəzəriyyəsi ilə sıx əlaqəlidir. Hesabın meydana gəlməsi səbəbi saymağa, sadə ölçmələrə və hesablamalara praktik ehtiyac idi. Hesablama bilikləri haqqında ilk etibarlı məlumatlar eramızdan əvvəl III - II minilliklərə aid Babil və Qədim Misirin tarixi abidələrində tapılmışdır. Hesabın inkişafına dünyanın bütün qanunlarını müəyyənləşdirmək üçün nömrələrdən istifadə etməyə çalışan yunan riyaziyyatçıları, xüsusən də Pifaqorçular məktəbi böyük töhfə vermişdilər. Orta əsrlərdə arifmetikanın əsas tətbiq sahələri ticarət və təxmini hesablamalar idi. Hesab ilk növbədə Hindistan və İslam ölkələrində inkişaf etdi və yalnız bundan sonra Qərbi Avropaya gəldi. XVII əsrdə dəniz astronomiyası, mexanika, daha mürəkkəb kommersiya hesablamaları, hesablama texnikasına yeni hesab sorğuları qoydu və sonrakı inkişafa təkan verdi. Ədəd anlayışının nəzəri əsasları, ilk növbədə,1889-cu ildə hazırlanmış natural ədədin və Peano aksiomlarının tərifi ilə əlaqələndirilir.
Heyvanlar tarixi
Heyvanlar tarixi (Aristotel)
Hindistan tarixi
Hindistan tarixi— Hindistanın keçmişi. == Qədim Hindistan == === Hindistan tarixi qədim zamanda === E.ə. 3 minillikdə Mohenco-daro və Harappa şəhərləri meydana gəlmişdir. Tunc və qızıldan müxtəlif əsyalar düzəldirdilər Yazıdan istifadə edirdilər. Qədim Hindistanın əhalisi: Cəngəllikləri təmizləyərək tarlalar düzəldirdilər Dəmiri emal edirdilər Taxıl, səkər qamışı və pambıq yetişdirirdilər Filləri ahilləşdirərək onlardan təsərrüfatda və döyüşlərdə istifadə edirdilər. Hindistanda tayfa başçıları Racə adlanırdı. Tədricən racələr dövlət başçılarına çevrilməyə başladılar, e. ə. II minillikdə Ari tayfaları Hindistana köç etdilər. Onlar yerli əhali ilə qarışaraq oturaq həyata kecdilər.
Jurnalistika tarixi
Jurnalistika tarixi müntəzəm olaraq məlumat toplamaq və yaymaq üçün xüsusi üsulların meydana gəlməsi ilə qeyd olunan texnologiya və ticarətin böyüməsini əhatə edir, bu da bir jurnalistika tarixini ortaya qoyduğu kimi, mövcud xəbərlərin dairəsinin daim artmasına səbəb olmuşdur. Mətbəə icad olunmamışdan əvvəl ağızdan gələn xəbər xəbərlərin əsas mənbəyi idi. Geri dönən tacirlər, dənizçilər və səyahətçilər materikə yeni xəbər gətirirdilər, bu da şəhərdən şəhərə yayılırdı. Bu cür xəbərin yayılması çox etibarlı deyildi və bu üsul mətbəənin ixtirası ilə öldü. Jurnalistlər qədim dövrlərdə məlumat yaymaq üçün daha çox qəzetlərdən istifadə etsələr də, XX əsrdə radio və televiziya, XXl əsrdə isə internet əsas vasitəyə çevrilmişdir. == İlk və əsas jurnalistika == Avropa Avropada intibah dövrünün başlaması ilə əlaqədar yarmarkalar keçirilən şəhərlərdə informasiya mərkəzləri yarandı. Həm də həmin şəhərlərdə əlyazma halında qəzetlər buraxılırdı və burda ticarət xəbərləri ilə yanaşı digər informasiyalara da yer verilirdi. "Qəzet" sözü də həmin dövrdə meydana gəlmişdir. Bu ad Venesiyada (İtaliyada) işlənən pul vahidinin adından götürülüb. İnformasiyalar hıəmin pula, yəni qazettaya satılırdı.
Kanada tarixi
== Kolumba qədərki dövrdə amerika ilə digər qitələr arasında əlaqələr == 28–30 min il bundan əvvəl ehtimal olunur ki, müasir tipli insanlar Berinq adlanan quru körpüdə-Çukot və Alyaska arasında məskunlaşmışlar. Məhz bu dövrdən Şimali Amerikanın mədəniyyətinin tarixi başlayır. Müasir elm hesab edir ki, bu qitənin ilk sakinləri genetik cəhətlərinə görə protomonqoloid qrupuna məxsus olmuş altay, fin-uqor, tibet xalqlarına daha yaxındırlar. Təsdiqini tapmış bu fikirlər linqvistik və antropoloji əlamətlərə əsaslanmaqdadır. Amerikanın kəşfi və işğalı ilə digər avropalı çoxsaylı xalqların burada məskunlaşması ilə nəticələndi. Lakin bundan öncə bir sıra təmaslar baş vermişdir ki, bunlardan birini belə izah etmək olar:Belə ki, qayıq ilə avropalılara tanış olmayan bir insan tipi avropa sahillərinə yan almışdı və onların dəriləri qırmızı rəngə çalırdı. Ehtimal ki, bu gələnlər hindular olmuş və axına düşmüş, yollarını itirmiş buraya gəlib çatmışdılar. Bundan başqa daha bir ehtimalda vardır ki, Çin və Yaponiya bu ərazilərlə təmasda olmuşdur. Burada tapılan əşya və məmulatlar bunu deməyə imkan verir. Həmçinin Çin xəritələrində də bu ərazilərlə bağlı yerlər göstərilmişdir.
Kimya tarixi
Kimya tarixi maddələrin xüsusiyyətlərinin və çevrilmələrinin öyrənilməsi ilə bağlı xüsusi biliklərin toplanması kimi mürəkkəb prosesi izah edir və təsvir edir; kimya inkişafı ilə əlaqəli hadisələri və prosesləri insan cəmiyyətinin tarixi ilə bağlayan sərhəd bilik sahəsi hesab edilə bilər. Kimya tarixi ümumiyyətlə bir neçə dövrə bölünür; nəzərə alınmalıdır ki,bu dövrləşdirmə,şərti və nisbi olmaqla daha çox didaktik məna daşıyır. Kimya tarixini elmi bir fənn kimi quranlardan biri alman alimi Hermann Kopp (1817-1892) idi. == Əlkimyadan əvvəlki dövr: III əsrə qədər == Əlkimyəvi dövrdə maddə haqqında biliklərin nəzəri və praktikcəhətləri bir-birindən nisbətən müstəqil şəkildə inkişaf etmişdir. Maddə ilə praktiki əməliyyatlar sənətkarlıq kimyası üçün əlverişli oldu. Onun yaranması ilk növbədə metallurgiyanın yaranması və inkişafı ilə əlaqələndirilməlidir. Qədim dövrlərdə yeddi metal: mis,qurğuşun,qalay,dəmir,qızıl,gümüş və civə, xəlitə şəklində də arsen,sink və bismut saf formada tanınırdı. Metallurgiya ilə yanaşı,keramika və şüşə istehsalı,boya,dəri,dərman və kosmetika istehsalı kimi digər sahələrdə də praktik biliklər toplanmışdır. Antik dövrün praktik kimyasının uğurları və nailiyyətləri əsasında kimyəvi biliklərin inkişafı sonrakı dövrlərdə baş verdi. Maddənin xassələrinin mənşəyi problemini nəzəri dərk etmək cəhdləri qədim Yunan təbiət fəlsəfəsində elementlər doktrinasının meydana gəlməsinə səbəb oldu.
Koreya tarixi
Koreya tarixi — Koreya yarımadası və Mancuriya bölgəsində yaşayan Koreya xalqı ilə bağlı baş verən hadisələri əhatə edir. == Qədim dövr == Əfsanəyə görə, hələ ilk Koreya dövləti eramızdan əvvəl 1300-cü ildə Tanqun tərəfindən qurulmuşdur. Tarixçilər Koreya tarixinin ən erkən mərhələsini Qədim Çoson dövləti (Ko Çoson) dövrü adlandırırlar. Qədim Çoson ərazisi Koreya yarımadasının və Lyaodun yarımadasının şimalında yerləşirdi. Müasir tarixçilərin bir çoxu onun tarixinin miladdan əvvəl 2333-cü ilə aid olduğunu qəbul edirlər. Lakin bu, çox mübahisəlidir, çünki ayrı-ayrı orta əsr Koreya salnamələri (Samquk Yusa və bənzəri) istisna olmaqla bu fakt, heç bir tarixi sənədlə təsdiqlənmir. Qədim Çoson haqqında ilk məlumatlar eramızdan əvvəl 4–3 əsrlərə aiddir. İnkişafının başlanğıcında Qədim Çoson ayrıca nəzarətdə olan şəhər dövlətlərindən ibarət qəbilə birliyi olduğu və e.ə. IV əsrdə mərkəzləşmiş bir dövlət halına gəldiyi güman edilir. Eyni zamanda, yarımadanın cənubunda Çin proto-dövləti, həmçinin Tri-Xan (Samxan) proto-dövlətləri meydana gəldi.
Krım tarixi
Krım tarixi—Krımın keçmişi. == Ən qədim tarix == Tarix boyu Krım müxtəlif xalqlar tərəfindən idarə edilmişdir. Kimmerlər bu yarımadanı e. ə. VII əsrdə məskun etdi, kimmerlərdən sonra skiflər Krımı aldı. Yerli kimmerlər bu səbəbdən dağlara köçürülüb təcridə uğradılar. Qədim yunanlara bu tavr tayfaları adı ilə məlum olublar və yarımada ta XX əsrin əvvələrinəcən həm inzibatlıqda, həm də ədəbiyyatda Tavrika və ya Tavrida kimi də tanınırdı. E.ə. əvvəl VI - V əsrlərdə əraziyə türkmənşəli skiflər və sarmatlar hakim olublar. Daha sonra yunan Pantom çarlığının təsirinə düşən yarımada yenidən skiflərin əlinə keçir.
Küveyt tarixi
Küveyt tarixi — Küveytin keçmişi. == Ümumi tarix == Küveytin qədim və orta əsrlər tarixi zəif tədqiq edilmişdir. Eramızdan əvvəl III minillikdə indiki Küveyt ərazisi Dilmun dövlətinin tərkibinə daxil idi. IV əsrin ikinci yarısında Küveyt Ləxmilər ərəb dövlətinin tərkibinə daxil olur. VII əsrin əvvəllərindən Fars körfəzi bölgəsi, eləcə də Küveyt (o zaman Kureyn adlanırdı) ərazisində yerli ərəb tayfalarından olan şeyxlər hökmranlıq edirdi. XVII əsrin ortalarında Küveyt Osmanlı dövlətinin nəzarəti altına keçir və Əl-Həsa, Cənubi İraq və Bəhreynlə birlikdə Bəsrə vilayətinin tərkibində Osmanlı imperiyasına qatılır. Vahid Küveyt əmirliyinin yaranması XVIII yüzilliyin ortalarına təsadüf edir. Ərazidə yaşayan qəbilə şeyxləri Sabah bin Cabir Əl-Sabahı (1756–1762) özlərinin əmiri elan edirlər. 1760-cı ildə əmirliyin mərkəzi Əl-Küveyt şəhəri hasara alınır və dəniz ticarətinin mühüm mərkəzinə çevrilir. XIX əsrin birinci yarısında İngiltərə Körfəz bölgəsində yerli əhəmiyyətli müharibələr törədir.
Kəraçinin tarixi
Kəraçi tarixi Pakistanın Sind bölgəsində təbii liman var idi və əvvəllər Sindi qəbilələrinə aid yerli balıqçı tərəfindən balıqçılıq limanı olaraq istifadə edilmişdir. Arxeoloji qazıntılar, Tunc dövründən bəri limanın əhəmiyyətini göstərən Hind vadisi sivilizasiyasına gedən bir dövrü aşkar etdi. Banbhor liman şəhəri bölgədə əhəmiyyətli bir ticarət mərkəzi rolunu oynayır və eranın başlanğıcında qurulmuşdu, Liman Krokola, Morontobara limanı və Hind-Yunan Baktriya Krallığının dəniz limanı Barbarikon kimi yunanlar tərəfindən müxtəlif adlarla qeyd edilmişdir. (bəzi Yunan mətnlərinə görə Ratya və Ramya) . Ərəblər isə bunu Debal limanı kimi tanıyırdılar, Məhəmməd bin Qasımın fəth qüvvəsini eramızdan əvvəl 712-ci ildə Sində (Cənubi Asiyanın qərb küncünə) apardığı yer idi. Banbhora yaxın, müasir Kəraçidə. Manora adasının yaxınlığında ilk müasir liman şəhəri 19-cu əsrin sonlarında İngilis müstəmləkəsi Rac dövründə quruldu. == Tarixi == Kəraçinin qədim adları arasında: Krokola, Barbarikon, Nava Nar, Rambaq, Kurruk, Karak Bander, Auranqa Bandar, Minnaqara, Kolaçi, Morontobara, Kolaçi ya Qot, Banbhor, Debal, Barbarice və Kraçi var Yunanlar bu yeri bir çox adla qeyd etdilər: Krokola, İskəndərin Hind Vadisində etdiyi planından sonra Babil üçün bir donanma hazırlamaq üçün düşərgə qurduğu yer; Morontobara və Baktriya səltənətinin limanı olan Barbarikon. Debal və Bhanbhor, müasir Kəraçi şəhərinin yaxınlığında qurulmuş qədim liman şəhərləri idi. Skifo-Parfiya dövrünə aiddir və eramızın 8-ci əsrində ərəblərin ixtiyarına keçməzdən əvvəl Hindu Buddist krallıqları tərəfindən idarə edilmişdir.
Kəşmir tarixi
Kəşmir tarixi — Kəşmirin keçmişi. Kəşmir — Asiyada tarixi vilayət. Qədimdə və orta əsrlərdə Hindistan ərazisində yaranmış müxtəlif dövlət birləşmələrinin tərkibinə daxil olmuşdur. Kəşmir 1586-cı ildə Böyük Moğollar imperiyasına qatıldı. 1756-cı ildə əfqanlar, 1819-cu ildə siqhlər işğal etdilər. 1846-cı ildə ingilis müstəmləkəçiləri Kəşmiri işğal edib 7,5 mln. rupi ödənclə Cammu knyazlığına verdilər.1947-ci ilin avqustunda yaradılan müstəqil Hindistan və Pakistan dövlətləri Kəşmiri öz ərazilərinə birləşdirməyə cəhd göstərdilər. Pakistanın Kəşmirə 22 oktyabr 1947-ci il silahlı mudaxiləsi BMT Təhlükəsizlik Şurasının vasitəçilik komissiyası tərəfindən 1 yanvar 1949-cu il tarixdə dayandırıldı. Kəşmirin şimal-qərbi Pakistanın, qalan (əksər) hissəsi isə Hindistanın nəzarəti altına keçdi. 1952-ci ilin iyulunda Kəşmirlə Hindistanın imzaladığı Dehli sazişinə əsasən Kəşmir ştat (Cammu və Kəşmir) hüququnda Hindistanın tərkibinə daxil oldu.
Litva tarixi
Litva tarixi — Litvanın tarixi. “Tarixdə bir hadisə o birisinin ardınca gəlir, bir yerdə onlar bütöv bir zəncir təşkil edirlər. Keçmişin səhvləri gələcək nəsillərə təsir edir. Əgər dövlət müstəqilliyini itirirsə, sonralar o ya bərpa olunur, ya da birdəfəlik dünya xəritəsindən silinir, xalq isə məhv olur.” Bunu Litvanın İntibah dövrünün tətqiqatçılarından biri, fəlsəfə doktoru, professor Bronoslav Qenzelis belə təsdiq edir. == Litva Mindauqasın dövründə == Mindauqasın Litvası qılınc, qan və kül ilə yaradılırdı. Litvanın Mindauqasın hakimiyyəti altında yaranması, dövlətin yaranması demək idi. Bir millətin ərazisində, başda monarx olmaqla, mülkədarlar sinfinin hakimiyyəti yarandı. Bu təsərrufat, siyasi kommunikasiya və Qərb feodallarının Şərq ölkələrinə törətdiyi təzyiqin qarşısında, ölkəni xarici təhlükədən qorumaq üçün əlverişli şərait yaratdı. XI-ci əsrin sonundan bu ölkələri kəndli üsyanları bürüdü, şəhərlər daha güclü surətdə özlərini bürüzə verməyə başladılar. Bu müəyyən mənada feodal istismarın qarşısını alırdı, dünyəvi və kilsə feodallarını isə başqa ölkələrdə varlanmaq mənbəsi axtarışına sövq edirdi.
Livan tarixi
Livan tarixi — müasir Livan Respublikasının tarixi, Suriya və Livanda Fransa mandatı altında Böyük Livanın daha əvvəl meydana çıxması, eləcə də müasir dövlətin əhatə etdiyi regionun tarixi. == Qədim dövr == Müasir Livanın yerləşdiyi ərazinin əlverişli cografi mövqeyi, təbii coğrafi xüsusiyyətləri eramızdan çox-çox əvvəl burada əhalinin məskunlaşmasına səbəb olmuşdur. Eramızdan əvvəl IV–II minilliklərdə sahil düzənliyində və Livan dağlarının ətəklərində məskunlaşmış finikiyalılar bu ərazidə bir neçə quldar şəhər dövlətlər yaradırlar. Sonradan bu şəhər-dövlətlər regionda daha güclü feodal dövlətlər olan Assur, Babil və Əhəmənilər tərəfindən zəbt olundu. Qədim Finikiya təxminən müasir Livan dövlətinə uyğun bir ölkə idi. Şərqi Aralıq dənizi sahilindən şərqə doğru uzanan ərazini Suriya, Finikiya və Fələstin tuturdu. Finikiyalılar semit dilli tayfalardan idi, onların dili yəhudilərin dilinə çox bənzəyirdi. Ölkə Aralıq dənizinin sahillərində yerləşdiyi üçün buranın əhalisi dənizçilik sahəsində böyük nailiyyətlər əldə edərək qədim dünyanın ilk ticarətçi xalqına çevrilmişdi. Çox da böyük olmayan bu xalq sonralar Avropa mədəniyyətinin formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdi. Bu prosesə ticarət əlaqələri, həmçinin geniş şəkildə yayılmış müstəmləkələr kömək edirdi.
Liviya tarixi
Liviyanın tarixi keşməkeşli olub. == Ümumi tarix == Liviyanın yerli sakinləri daim xaricilərin əsarətində olublar. Əvvəlcə Roma, sonra Ərəb xilafəti, nəhayət Osmanlı imperiyasının əsarətində olan ərazi zamanın müəyyən mərhələsində yunanların da koloniyası olub. Makedoniyalı İsgəndərin Liviyanı işğalından sonra uzun müddət qədim Roma-Yunan sərkərdələri burada hakimlik edirlər. Ərəb istilası zamanında Tripoli və Sirenayka yunan şəhər-dövlətləri dəfələrlə öz ordularını bu əraziyə göndəriblər. 1146-cı ildə Siciliyalı Normanlar Tripolini zəbt etdilər. 1553-cü ildən sonra isə Liviya Osmanlıların hakimiyyətinə keçdi. Sultan Turqut Rəisin dövründə ərazidə islahatlar geniş vüsət aldı. Bundan sonra Liviya bölgələrə ayrıldı və "dayı" adlanan müstəqil bəylər tərəfindən idarə edilməyə başladı. Bu bəylər qonşu həmkarları, həmçinin, ümumi sərhədə malik olan dövlətlərlə mədəni, ticarət, eləcə də siyasi əlaqələr qurdular.
Lixtenşteyn tarixi
Lixtenşteyn tarixi – müasir Lixtenşteyn dövlətinin ərazilərini əhatə edən tarixdən ibarətdir. == Orta Əsrlər == Roma imperiyası dövründə Lixtenşteyn Reyita bölgəsində yerləşən kiçik yaşayış məntəqəsi idi. Ərazi tarix ərzində heç vaxt mübahisəyə yol açmamışdır. Lixtenşteyn hər hasısa xüsusiyyətinə görə fərqlənmədiynə görə Avropada olan heç bir dövlər bu əraziləri işğal etməyə maraq göstərmirdi. Lixtenşteyni idarə etmiş ilk sülalə Hohenms sülaləsi olmuşdur. Lixtenşteyn adını ölkəyə hakimiyyətə gəlmiş ikinci ailə tərəfindən veridiyi ehtimal edilir. Adın mənası parıltılı daş mənasısı verirdi. Ailə ilk vaxtlar Lixtenşteyn ərazilərindən uzaq məsafədə yerləşən Aşağı Avstriya bölgəsində yaşayırdılar. Ərazidə hündür qala inşa edilmişdir. Qala 1140 və 1807-ci illər arasında ailənin nərazəti altında qalmışdır.
Lvov tarixi
Lvov — əsrlər boyu bölgənin elmi, mədəni və milli mərkəzi olmaqla Qərbi Ukraynanın ən böyük şəhəri. Qədim dövrlərdə Qalisiya-Volın dövlətinin paytaxtı, daha sonra isə Rusiya voyevodasının, Qalisiya və Lodomeriya krallığının inzibati mərkəzi olmuşdur. 1918-ci ildə Qərbi Ukrayna xalq respublikasının paytaxtı olmuşdur. Şəhər Polşa Respublikasının tərkibinə daxil olduqdan sonra, Lvov eyniadlı vilayətin mərkəzinə çevrildi. İkinci Dünya müharibəsində ilk növbədə sovet ordusu tərəfindən, sonra isə alman ordusu tərəfindən ələ keçirildi. Müharibədən sonrakı dövrdə Sovet İttifaqının tərkibinə qatıldı. 1991-ci ildən - müstəqil Ukraynanın Lvov vilayətinin inzibati mərkəzidir. Lvovun inkişaf tarixinin bütün mərhələlərini nəzərə alaraq, şəhərin inkişafında öz ruhunu formalaşdıra Lvov memarlığında ən azı dörd növü görə bilərik: şəhərin əsas tonlarını müəyyən edən Rus memarlığı, böyük ticarət yolu şəhəri olan Renessans Lvovu, Sessesiya (lat. secessio — tərk etmə; secedo — tərk edirəm sözündən) — üç şəhərin (ukrayn, polyak və yəhudi) milli dirçəlişi və eləcə də Ukrayna və Polşanın milli müqavimətinin şəhəri. Lviv multikultural irsi olan şəhəridir.
Macarıstan tarixi
Macarıstan tarixi — Macarıstanın keçmişi. == Qədim tarix == Bizim eramızdan əvvəlki dövrlərdə müasir Macarıstan ərazisində qədim illiriyalılar və frakiyalılar yaşayırdılar. E.ə. IV əsrdə bura kelt tayfaları köç etməyə başlayıblar. Antik dövrün sonunda bu ərazilər Roma İmperiyasının əsarəti altında idilər və elə bu dövrdə buraya İran köçəri tayfaları olan – sarmatların köçü baş vermişdi. Bizim eranın V və VIII əsrlərində bura hunlar, german tayfaları və avarların axını baş vermişdir. VI əsrdən sonra isə bu ərazilərə slavyan tayfaları da köç etməyə başlamışlar. == IX–X əsr Macarıstan tarixi == IX əsrin sonunda bu ərazi köçəri Uqor tayfaları olan madyarlar tərəfindən işğal olunmuşdur. Macarların böyük bir qismi Fin-Uqor tayfalarınin Uqor qolundandır. Bu Uqor tayfalarının ana yurdu olan Ural dağları ilə Volga çayı dolaylarıydı.
Makroiqtisadiyyatın tarixi
İlk iqtisadçılar monetar amillərin real istehsala təsir etməsinə inanmırdılar, bazarın özü-özünü tənzimlədiyini və ona müdaxilənin çox cüzi, hətta olmamasının tərəfdarı idilər. Con Meynard Keyns isə belə klassik düşüncələri təkzib edirdi və iqtisadiyyata mikroiqtisadi və fərdi cəhətdən yox, məcmu halda yanaşan ümumi nəzəriyyəni formalaşdırdı. Bu isə makroiqtisadi düşüncəyə (nəzəriyyəyə) ilk addım idi. O, işsizlik və böhranları izah etməyə çalışan zaman müəyyən edib ki, böhtan zamanı insanların və şirkətlərin pula olan ehtiyacı artır və investisiya qoyuluşu həyata keçirməkdən qaçırlar. Həmçinin Keyns, klassik məktəbin nümayəndələrinin “bazarlar həmişə tarazlıqdadır, bazarda əlavə məhsul qalmır və hamsı reallaşır və işçi qüvvəsi boş dayanmır” kimi ideyalarını etibarsızlığını irəli sürüb. Keynsin davamçıları onun nəzəriyyəsi ilə neoklassik nəzəriyyəni birləşdirərək neoklassik sintez yaradıblar. Baxmayaraq ki, Keynsin nəzəriyyəsi qiymət səviyyəsi və inflyasiyaya diqqət yetirməmişdi, sonradan Keynsçilər qiymət səviyyəsinin dəyişməsi modeli olan “Fillips əyrisini” qəbul ediblər. Bəzi Keynsçilər isə bu nəzəriyyənin bazar tarazlığı modeli ilə sintez edilməsinə qarşı idilər. Onlar qeyri-tarazlıq modelini müdafiə edirdilər. Milton Fridman tərəsindən əsası qoyulmuş nəzəriyyənin davamçıları olan Monetaristlər bəzi Keynsçi ideyaları, xüsusilə pula olan tələbin vacibliyini qəbul edir, amma pul təklifinin inflyasiyaya təsirinin olmamasını təkzib edirdilər.
Malta tarixi
Malta tarixi Maltanın yerləşdiyi adanın tarixini əhatə edir. == Eradan əvvəl == Malta adasında ilk insanların yaşadığı dövr Neolit dövrü hesab edilir. Neolit dövrünə aid qalıqlar adanın cənub ərazilərinə yerləşən Birzebbuga əyalətinin yaxınlığındakı, Ghar Dalam mağarasında aşkar edilmişdir. Aparılmış qazıntılar zamanı maral, begemot və fil kimi heyvanların sümükləri aşkarlanmışdır. Malta tarixən Avropa və Afrika qitələrində yaşayan xalqlarla əlaqələr qurmuşlar. Malta adasında yaşamış yerli xalq, digər xalqlarla ilk vaxtlar az hallarda münasibət yaradırdılar. Bununla da maltalılar öz dillərini və mədəniyyətlərini əsrlərdir heç bir təsirə məruz qalmadan qoruya bilmişdilər. Aparılmış arxeoloji qazıntılar zamanı Gozo şəhəri yaxınlığında tapılmış abidələrin dünyada ən qədim abidələrdən olduğu məlum olmuşdur. Malta tarixinin ən önəmli məsələlərindən biri də yeraltı yolların və məbədlərin tikilməsi idi. Paolo yaxınlığında yerləşən Hypogeum məbədinin tikilmə üsulu, tarixə bu gündə məlum deyil.
Meksika tarixi
Meksika tarixi Şimali Amerikanın cənub hissəsində yerləşən bir ölkə olan Meksikanın üç min illik dövrünü əhatə edir. İlk dəfə 13.000 il əvvəl sivilizasiyalar tərəfindən kəşf edilmişdir.Ərazi 16-cı əsrdə ispanlar tərəfindən işğal edilməzdən əvvəl Meksika hinduları və asteklər kimi tanınan yerli sivilizasiyalar mövcud idi. 1519-cu ildə Meksikanın ən köklü yerli sivilizasiyaları ispanlarla qarışmağa başladı və Avropa Mədəniyyətini mənimsəməyə doğru irəlilədi. Ölkə dünyanın ən çox ispandilli bölgəsi olsa da, yerli Amerika dilləri baxımından Şimali Amerikanın əksəriyyətinə də ev sahibliyi edir. Üç əsr ərzində İspaniya İmperiyasının bir hissəsi olan ölkə, ispan dilinin, eləcə də katolikliyin və Qərb mədəniyyətinin təsirinə məruz qalmışdır. Uzun mübarizədən sonra Meksika 1810-cu ildə İspaniyadan müstəqilliyini elan etdi. 1846-cı ildə Meksika-Amerika müharibəsinin başlaması ilə Meksika iki illik müharibədə ərazisinin demək olar ki yarısını ABŞ-yə verdi. Daha sonra 19-cu əsrdə Fransa Meksikanı işğal etdi (1861) və Maksimilian taxtına salaraq İkinci Meksika İmperiyasını qurdu. Lakin bu rejim 1867-ci ilə qədər davam etdi. Yarım əsrlik iqtisadi durğunluq və siyasi xaosdan sonra 1884-cü ildə hakimiyyəti ələ keçirən Porfirio Diaz dövlətin gücünü idarə etdi, cəmiyyəti və iqtisadiyyatı modernləşdirdi.
Monqolustan tarixi
Monqolustan tarixi — Monqolustanın keçmişi. == Monqollara qədərki tarix == Mərkəzi Asiyanın köçəri cəmiyyətinə quldarlıq təsərrüfatı məlum deyildi. Burada ibtidai icma quruluşundan birbaşa feodalizm ictimai-iqtisadi formasiyaya keçilmişdi. Feodal münasibətləri ilə yanaşı burada mürəkkəb etnoqenez inkişaf edirdi. Bunun gedişində bir çox qəbilə və tayfalar qovuşaraq yeni və daha böyük etnik birliklər- xalqları təşkil edirdilər. Monqol çölləri bir çox müasir türk, monqol, Asiya və Avropa xalqlarının təşəkkül tapdığı və formalaşdığı ərazidir. == Monqolların formalaşması == Çin mənbələrindən məlum olur ki, VIII əsrdə Çinlə sərhəddə Monqus dövləti mövjud olub. Bu dövlətin əhalisi monqolları təşkil edirdilər və daima Sin imperiyasının narahat edirdilər. Tatarlar bu dövlətlə öyünərək qəhrəmanlıq göstərən əsgərlərə monqol adı ilə mürajiət edirdilər. Monqol tayfaları köçəri həyat tərzi keçirirdilər.
Naxçıvan tarixi
Naxçıvan — Naxçıvan Muxtar Respublikasının paytaxtı olan bu şəhər, eyni zamanda tarixin müxtəlif dövrlərində Azərbaycan Atabəyləri və Naxçıvanşahlıq dövlətlərinin və Naxçıvan xanlığının da paytaxtı olmuş, vilayət və qəza bölgə mərkəzi kimi inkişaf etmişdir. Müasir Naxçıvan şəhəri qədim, antik və orta əsr şəhər yerinin xarabalıqları üzərində yerləşmişdir. Bəzi mənbələr şəhərin əsasının e.ə. 1539-cu ildə, bəzi mənbələr isə e.ə. 1500-cü ildə qoyulduğunu qeyd edir. Şəhər ərazisində ilk arxeoloji tədqiqat işləri Araz arxeoloji ekspedisiyası tərəfindən aparılmışdır. Strateji cəhətdən əlverişli ərazidə salınan qədim şəhərin qalıqlarının və onun nekropolunun Naxçıvan şəhərinin şimal hissəsində yerləşdiyi ehtimal olunur. Nekropoldakı dağılmış qəbir abidələrindən yüzdən artıq müxtəlif gil qab nümunələri, tunc bilərziklər, üzüklər, sırğalar və muncuqlar əldə edilmişdir. == Adın etimologiyası == Ən qədim yer adlarından olan "Naxçıvan" toponiminin müxtəlif etimoloji yozumları mövcuddur. Qədim rəvayət və miflərə əsaslanan bir sıra antik və orta əsr tarixçi və coğrafiyaşünasları Naxçıvan şəhərinin e.ə.